Bizimlə Əlaqə

Məhsullar

Sifarişlə gətirilə bilən və stokda olan məhsullarımız

Portfolio

  • Daha öncəki müştərilər üçün sifarişlə gətirdiyimiz məhsullar

Nümunə Məhsullar

  • Çindən sifariş edə biləcəyiniz məhsullardan nümunələr

Hazır Məhsullar

  • Stokda olan və dərhal əldə edə biləcəyiniz məhsullar

Üstünlüklərimiz

"Çin Dostu" MMC olaraq əsas hədəfimiz müştəri məmnuniyyətidir.
Bizi seçmək üçün bir çox səbəbiniz var

Keyfiyyət Yoxlaması

Çindən almaq istədiyiniz məhsullar ancaq peşəkar mütəxəssizlərimiz tərəfindən keyfiyyəti yoxlanıldıqdan sonra sizə göndəriləcək.

Ən Münasib Qiymət

Uzun müddətli təcrübəmiz və geniş biznes əlaqələrimiz imkan verir ki Çindən axtardığınız məhsulun ən ucuz satış yerini sizin üçün tapaq.

Nümunələrin təşkili

Başlamaq üçün heç də iri həcmli sifariş şərt deyil. Topdan şifariş etməzdən öncə sizə həmin məhsullardan nümunələr göndərə bilərik.

100% Zəmanət

Təhvil zamanı məhsullar müştəri tərəfindən yoxlanılır, nöqsan aşkar olunarsa, məhsullar dəyişdirilir və ya ödənişi geri qaytarılır.
Biz Kimik?

Haqqımızda

Hər bir biznesmen biznesə başlayan zaman müəyyən çətinliklərlə üzləşir. Üzləşdikləri ən əsas çətinliklərdən biri məhz məhsul seçimi ilə bağlı olur. Keyfiyyətli, münasib, effektli məhsul seçimi o qədərdə asan deyildir. Çox vaxt məhsulları ölkə xaricindən sifariş vermək lazım gəlir. Məhsul idxalı üçün böyük əksəriyyət Çin bazarına müraciət edir. Lakin düzgün araşdırma edilmədən, doğru təchizatçı seçmədən, məhsullar barəsində dolğun məlumat olmadan, karqo, zəmanət və digər səbəblərdən dolayı sizin işiniz həm zaman, həmdə xərc baxımından bir xeyli çətinləşdirəcəkdir. Məhz bu səbəbdən sizə “Çindostu” komandası kömək olacaqdır.

İstənilən məhsulu münasib qiymətə və qısa zaman çərçivəsində sizə çatdıracayıq!

 

Biznesinizi bizimlə inkişaf etdirin!

Onlayn biznesə necə başlamalı?

Müasir dövrdə insan həyatını internetsiz təssəvvür etmək artıq mümkün deyildir. 15-20 il bundan əvvəl biz bu sözü işlətsək hər kəs tərəfindən gülməli qarşılanardı. Lakin zaman keçdikcə texnologiyanın sürətlə inkişaf etməsi bizə bu sözün əhəmiyyətli dərəcədə vacib olmağından xəbər verir. İllər ərzində müxtəlif dəyişikliklər və yeniliklər yaradan bu sistem müasir insan həyatında tam fərqli şəkildə dəyişikliklər yaratmağa nail oldu. Yemək sifarişi, geyim sifarişi, elektronika, avadanlıq və s sifarişləri biz vaxt itirmədən, heç bir yerə getmədən oturduğumuz yerdən sifariş edə biliriksə bu müasir dövrümüzdə internetin insan həyatını asanlaşdırmasından məlumat verir. Sifarişlərdən söhbət açarkən xüsusi bir qeyd edə bilərik ki, internet üzərindən sifariş edən zaman biz onlayn (online) sifariş sözünü tez-tez eşidirik. Bəli hər birimiz artıq onlayn sifarişin nə olduğunu çox yaxşı bilirik. Məhz bu səbəbdən də onlayn biznesin formalaşması və tədricən geniş bir şəkildə yayılması internet və texnologiyanın sürətli inkişafı nəticəsində yaranmış yeni bir biznes sahəsi rolunu almışdır.

Keyfiyyətdən Əmin Olun

Çində Məhsul və Fabrik Yoxlanışı

Sahibkar həyatı öyrədir ki, yeddi ölç, bir biç. Əsas da söhbət böyük məhsul partiyasından gedirsə. Çünki hətta ilk baxışdan inandırıcı reklamı və rəngarəng kataloqları olan ən cəld təchizatçılara belə heç də həmişə etibar etmək olmur. Çində rəqabət böyükdür. Fabriklər yağışdan sonra çıxan göbələk kimi hər yerdə bitir və eyni sürətlə də yox olurlar. İstehsalatın həqiqiliyində əmin olmaq üçün onu ziyarət etmək gərəkdir. Biz fabrikin bu cür inspeksiyasını həyata keçirir və sexlərin ölçüsünə, iş yükünün nə qədər olmasına, işçilərin sayına, anbarlara, məhsullara və bağlamalara diqqət yetirir, lisenziya və sertifikatların olub-olmamasını yoxlayırıq. Ancaq bundan sonra müqavilə bağlamaq olar. Biz bunların hamısını ətraflı hesabat verməklə sizin əvəzinizə edirik.

Müştərilərimiz haqqımızda nə düşünür?

awesome image
awesome image

Məhsul Axtarışı

Bloqlar

Yeniliklər və Faydalı Məlumatlar

İnstagram Paylaşımları

  • Product design
ins image
ins image
ins image
ins image