Zəmanət
Zəmanət bizim üçün ən önəmli faktorlardan biridir! Biz çox vəd verməyi sevmirik. Sadəcə olaraq etibarlı zəmanətlər veririk, heç bir vədə isə artıq ehtiyac qalmır.
Keyfiyyətli Çin. Biz ən ucuz məhsulla işləmirik. Çünki biz onun keyfiyyətinə zəmanət verə bilmərik.
Keyfiyyətin əllə yoxlanılması. Sifariş verdiyiniz məhsul qutusunu həmişə çinli istehsalçıdan alırıq, açırıq və diqqətlə yoxlayırıq.
Məhsulun 100% qorunması. Məhsulun itməsi, oğurlanması və müsadirə olunması təqdirdə və ya çatdırılma zamanı zərər gördüyü hallarda. İş orasındadır ki, biz sizin məhsulunuz, onun keyfiyyəti, sağ-salamat çatdırılması və fotosunun görünüşünə uyğun olması üçün pulumuzla və reputasiyamızla cavabdehlik daşıyırıq. Siz məhz sifariş etdiyiniz məhsulu əldə edəcəksiniz.
Bütün qayğıları öz üzərimizə götürürük.
- Çoxillik əməkdaşlıq təcrübəmizi və yerli mentalitet haqqında biliklərimizi nəzərə alaraq təchizatçı ilə birbaşa çin dilində danışırıq. Çində ancaq bu yolla uğurlu müqavilə bağlamaq olar.
- Müxtəlif istehsalçılardan bir neçə məhsul nümunələri alırıq.
- Aralarından ən yaxşısını seçib bütöv bir partiya sifariş veririk.
- Məhsulun “Quançjou”da yerləşən anbarımıza çatdırılmasını təşkil edirik.
- Məhsulun işləkliyini və tamlığını yoxlayırıq. Nöqsanlı məhsulu Çindən göndərməzdən öncə yenisi ilə əvəz edirik.
- Bütün bunlar sizin pulunuza və əsəblərinizə qənaət etmək məqsədi güdür.
- Topdan sifariş edilən partiyanı etibarlı və yığcam şəkildə bağlayırıq.
- Yükləri gömrük rəsmiləşdirilməsindən keçirmək və yaşadığınız ölkəyə çatdırılması üçün nəqliyyat şirkətinə göndəririk.
- Siz etibarlı xidmət və Çində mövcud çox saylı təkliflərdən ən sərfəlisinin seçilməsi üçün pul ödəyirsiniz.
- Keyfiyyət zəmanəti əldə edir, riskləri azaldır və siz məhsulunuzun çatdırılmasının etibarlı əllərdə olmasına əmin halda öz biznesinizlə rahat məşğul olmaq imkanı əldə edirsiniz.
Müddətlər:
- Sifarişin çindostu şirkətinin saytında məhsul kimi formalaşma müddəti ödəniş edildikdən sonra 3-12 gün təşkil edir. Bu müddət istehsalçı ilə danışıqları, sifarişin yerləşdirilməsi, Çin ərazisi ilə anbara çatdırılmasını, məhsulun yoxlanılmasını və nəqliyyat şirkətinə təhvil verilməsini özündə ehtiva edir.
- Çindostu şirkətinin saytında yığma sifarişlərin məhsul kimi formalaşma müddəti ödəniş edildikdən sonra 10-20 gün təşkil edir. Məhsul bir neçə partiyada göndərilə bilər (2-3 yer).
- Nöqsanlı məhsulun Çindən göndərməzdən əvvəl dəyişdirilməsi üçün tələb olunan müddət 5-10 təşkil edir. Bu müddətə idarə olunmayan müxtəlif faktorlar (Çinin ərazisi ilə oraya və geriyə çatdırılması) təsir edir və bu səbəbdən bütünlüklə şirkətdən asılı olmur.
- Yararsız məhsul üçün şirkət tərəfindən verilən zəmanət müddəti müştərinin məhsulu aldığı andan etibarən 14 gün təşkil edir. Müddət başa çatdıqdan sonra heç bir narazı iddialar qəbul edilmir.
- Sifarişin formalaşma müddətinin qısaldılması məqsədilə şirkət müştərini postfaktum xəbərdar etmək şərtilə şifariş edilmiş müəyyən bir məhsulun 30%-ə qədər hissəsinin rəngini dəyişmək hüququnu özündə saxlayır.
Məsuliyyətin məhdudlaşdırılması. Şirkət Nəqliyyat Şirkətinin (bundan sonra NŞ) fəaliyyətinin nəticəsi və məhsuldarlığına görə məsuliyyət daşımır. Nəqliyyat şirkəti danışıqlarda ayrıca tərəf və ayrıca şirkətdir. Müştəri kodunun qeydiyyata alınmasından sonra Sifarişçi NŞ-in müştərisinə çevrilir və məhsulun çatdırılması ilə əlaqədar bütün danışıqlar birbaşa NŞ-in təmsilçiləri ilə aparılır. Çatdırılma müddətinin və tariflərinin dəyişməsinə görə məsuliyyət NŞ-in üzərinə düşür.
Şirkət məsuliyyət daşımır:
- məhsulların müvəffəqiyyətlə satılmasına, pərakəndə satış qiymətlərinin dəyişməsinə, müştərilərin maraqlarının dəyişməsinə və birbaşa şirkətdən və ya ancaq şirkətdən asılı olmayan digər faktorlara görə;
- məhsulun tamlığına görə, əgər müştəri məhsulun bağlanması ilə əlaqədar tövsiyyələrinə riayət etməyibsə və yaxud məhsulu sığortalamayıbsa;
- məhsuldakı əskikliyə görə, əgər məhsul Sifarişçi tərəfindən NŞ-nə məxsus anbardan götürüldükdən sonra aşkar edilibsə. Müştəri məhsulu əldə etməzdən öncə məhsulun ona məxsus olduğunu bilmək üçün kodunun düzgünlüyünü, çəkisini və bağlamadakı xarici zədələrin olub-olmadığını yoxlamaq öhdəliyinə sahibdir. Çəkisində əskiklik və zədələr aşkar edildikdə akt tərtib edilməli, NŞ-in təmsilçisi xəbərdar edilməli, foto və video sənədləşməsi yerinə yetirilməli, muhsul isə geri götürülməməlidir.
- NŞ tərəfindən daşınması zamanı məhsulun fərdi bağlamasının (kağız, karton, plastik qutuların və s.) qismən zərər görməsinə görə. Şirkət tövsiyyə edir ki, məhsulun taxta karkas istifadə etməklə bağlanması və yaxud İstehsalçıdan partiyanın 10-20%-i həcmində ehtiyat bağlama əldə edilməsi variantlarını da nəzərdən keçirəsiniz.
- elektron məhsulların üzərindəki çin dilində yazıların tərcüməsinin düzgünlüyünə görə, həmçinin elektron məhsulların işləkliyini təmin edən tətbiqlərə və həmin tətbiqlərdəki dəyişikliklərə görə.
Məhsulu Çindən göndərməzdən öncə razılaşmanın qüvvədən düşməsi ancaq şirkətin öz üzərinə düşən öhdəlikləri tam həcmdə və ya bir hissəsini (məhsulun olmaması, uzun müddətlər və s.) yerinə yetirə bilmədiyi təqdirdə mümkündür. Müştərinin şirkətdən asılı olmayan səbəblərə görə razılaşmadan imtina edəcəyi təqdirdə şirkət sifarişin dəyərinin 10%-ni dəbbələmə pulu qismində saxlamaq hüququnu özündə saxlayır. Öz xüsusi dizaynı, loqotipi ilə və ya hər hansı dəyişiklik edilərək istehsal edilmiş sifarişlərdən ümumən imtina edilə bilməz.
Zəmanətin məhdudlaşdırılması.
- Şirkətə məxsus zəmanət öhdəlikləri kiçik həcmli yararsızlıq aşkar edilmiş, müştərinin özünün də təmir edə biləcəyi, dəyəri 10$-a qədər olan məhsullara aid edilmir. Məsələn: tekstil məhsullarının bəzi yerlərində rast gəlinən sap çıxıntıları, kiçik ayrılmış tikişlər, yuyula bilən kiçik ləkələr; istənilən növ pul qablarında, portmonelərdə, çantalarda, bel çantlarında rast gəlinən çətin açılan zəncirbəndlər; məhsulun xarici örtüyündə kiçik zədələr və digərləri.
- Şirkət öz zəmanət öhdəliklərini çox sayda elementlərdən ibarət uşaq oyuncaqlarının sınmış detallarına qarşı məhdudlaşdırır və müştərinin itkisini dəstin ümumi sayına nisbətən yox, zədələnmiş detalların ümumi sayına nisbətən qarşılamağa zəmanət verir.
- Şirkət öz zəmanət öhdəliklərini istənilən brendə məxsus kvarslı və mexaniki əqrəbli qol saatlarına aid etmir.
- Şirkət öz zəmanət öhdəliklərini çatdırılma zamanı bağlamanın örtüyündə yaranmış fiziki zədələrə aid etmir. Buraya sürtünmə, silkələmə və titrəmə zamanı öz bağlamasında belə zədələnə biləcək Soft-touch, Soft-feel və digər elastik örtüklər daxildir.
- Şirkət öz zəmanət öhdəliklərini yerli rabitə operatorlarına məxsus mobil şəbəkələrdən bu və ya digər dərəcədə asılı olan elektron məhsulların heç bir funksiyasına aid etmir. Buraya GSM siqnalın aşağı keyfiyyətdə qəbul edilməsi, LBS, GPRS kanalları vasitəsilə obyektin yerinin qeyri-dəqiq müəyyən edilməsi, GPRS kanalı vasitəsilə qurğular arası məlumat mübadiləsinin qeyri-stabilliyi aiddir.
- Şirkət öz zəmanət öhdəliklərini tamlığına zərər yetirmədən açılması mümkün olmayan və zavod bağlamasında gətirilən bütün növ məhsullara (blister paketində olan, qutu örtüklə örtülübsə və s.) aid etmir. Bu zaman şirkət öz zəmanət öhdəliklərini qüvvədə saxlaya bilər, lakin bunun üçün müştəri işgüzar yazışma zamanı qeyd etməklə bağlamanın açılmağına icazə verməlidir.
- Şirkət öz zəmanət öhdəliklərini kosmetika məhsullarına, onların qoxusuna, rənginin, tonunun fərqli olmasına, həmçinin gözlənilən effektlə real effekt arasındakı fərqliliyə aid etmir.
- Şirkət öz zəmanət öhdəliklərini quraşdırılmış işıqlandırma elementlərinə malik məhsullara (lampalar, led indikatorlar və s.) aid etmir. Bu elementlərə parlaqlıq, xoşhallıq, işıqlandırma gücü yaxud iki eyni məhsul arasınadakı parlaqlıq fərqləri aid edilir.
- Şirkət öz zəmanət öhdəliklərini audio məhsullara, qulaqlıqların, kolonkaların eşidilmə keyfiyyətinə, Bluetooth qoşulmanın stabilliyinə aid etmir.
- Şirkətin zəmanət öhdəlikləri elektron elementlərə malik uşaq oyuncaqlarında məhsul əldə ediləndən 3 saat sonra aşkar edilən daxili zədələrə aid edilmir.
- Şirkət müştəri ilə işgüzar yazışmada qeyd edilmiş razılaşmadan sonra fərdi qaydada öz məsuliyyətini və ayrıca götürülmüş məhsula qarşı zəmanət öhdəliklərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
Yararsız məhsuldan dəyən zərərin qarşılanması qaydaları.
- Şirkət ancaq məhsul əldə edilən andan etibarən 14 gün müddətində məhsulda aşkar edilən nöqsanlarla əlaqədar mübahisələri dəstəkləyir. Mübahisələr müştərinin səbəblərin aydınlaşdırılması və nöqsanlı məhsulun qaytarılması prosesində iştirakını tam təmin etmək şərtilə danışıqlar yolu ilə həll edilir. Mübahisə ancaq çindostu saytında yerləşdirilmiş forma tam doldurulandan sonra açıq hesab edilir.
- Mübahisənin açılmasına müştəri tərəfindən nöqsanın tələb edilən həcmdə dəqiq xarakteri və sayının, foto və video materialların, həmçinin vəziyyəti araşdırmağa yardım edəcək istənilən digər məlumatların təqdim edilməsi əsas verə bilər.
- Lazım gələrsə, şirkət vəziyyəti araşdırmaq məqsədilə nöqsan nümunələrinin yaxud nöqsanlı məhsulun tamını şirkət hesabına yerli təmsilçiliyə göndərilməsini tələb etmək hüququna malikdir. Məhsulun çatdırılması üçün nəqliyyat şirkətinin seçilməsi şirkət tərəfindən həyata keçirilir. Müştərinin şirkət ilə razılaşmadan məhsulu göndərəcəyi təqdirdə bütün nəqliyyat xərcləri müştəri tərəfindən ödənilir.
- Şirkət çindostu saytı xaric digər mənbələrə əsaslanaraq məhsullarda mövcud olan yaxud olmayan xüsusiyyətlər və funksiyalarla əlaqədar mübahisələri baxmaq üçün qəbul etmir.
- Şirkət ancaq məhsulun cari təchizatda əmtəə mövqeyinin sayının 35%-dən çoxunda nöqsan aşkarlandığı təqdirdə çatdırma dəyərinin qarşılanmasına zəmanət verir. Çatdırma dəyəri cari partiya üçün seçilmiş tarifə əsasən 5$/kq-dan çox olmamaq şərtilə qarşılanır.
- Müştərinin ayrıca olaraq məhsul əldə edilən zaman gömrük rüsumunu ödədiyi təqdirdə şirkət gömrük rüsumuna çəkilən xərci geri qaytarmır.
Nöqsanlı məhsulun şirkət tərəfindən qarşılanması üsulları.
- Nöqsanlı məhsulun əvəzlənməsi üsulunun seçilməsi danışıqlar yolu ilə baş tutur, işgüzar yazışmada qeyd edilir və əlavə dəyişikliyə tabe olmur. Şirkət həll prosesində üstünlüyü özündə saxlayır.
- Növbəti göndərmə zamanı analoji məhsul ilə – partiyadakı istənilən sayda nöqsanlı məhsul üçün;
- 7 iş günü ərzində tam yaxud qismən maddi təzminat və ya şirkətin məhsullarına və xidmətlərinə analoji endirim – məhsulun partiyadakı əmtəə mövqeyinin 15%-ə qədəri miqdarında möqsanlı məhsul üçün; məhsulun yerindəcə təmiri, təmir üçün tələb olunan ehtiyyat hissələrinin pulsuz göndərilməsi – partiyada istənilən sayda nöqsanlı məhsul üçün.
Nöqsanlı məhsul növləri və onların qarşılanması üsulları:
- Həll edilə bilən xarici nöqsan – məhsulun və ya bağlamanın yeni kimi satılmasına maneə törədən xarici kiçik ölçülü zədələr. Məhsulun alış qiymətinin 30%-i miqdarında qarşılanır yaxud lazımi ehtiyyat hissələrinin şirkət hesabına göndərilməsi həyata keçirilir.
- Ciddi xarici nöqsan – məhsulun və ya bağlamanın istənilən formada satışını mümkünsüz edən nöqsan. Məhsulun alış qiymətinin 100%-i miqdarında qarşılanır.
- Həll edilən bilən işləklik nöqsanları – partiyanın bir hissəsində məhsula tam həcmdə işləməyə imkan verməyən işlək olmayan funksiya yaxud sınıq detalların mövcud olması. Dəymiş zərərin qarşılanması təmir üçün ehtiyyat hissələrinin göndərilməsi yaxud müştərinin tam iştirakı şərtilə yerindəcə təmirin şirkət tərəfindən ödənilməsi vasitəsilə həyata keçirilir.
- Ciddi işləklik nöqsanları – məhsulun tamamilə işlək olmaması, sınması, xarab olması, satış və təmir üçün yararsız vəziyyətdə olması. Məhsulun alış qiymətinin 100%-i miqdarında qarşılanır.
Yenidən qiymətləndirmə - partiyanın 30%-dən çoxunun digər rəngdə, ölçüdə və ya növdə göndərilməsi. Məhsulun alış qiymətinin 20%-i miqdarında qarşılanması.