Onlayn mağazalar üçün Çindən topdan yığma sifarişlər
Onlayn mağazanız üçün müxtəlif məhsullar sifariş vermək istəyirsiniz?
Problem yoxdur. Münasib xidmətlər paketini seçin və əla məhsullarla təqdim etdiyiniz çeşid sayını artırın. Çindən eyni məhsulları topdan daha rahat və ucuz almaq mümkündür. Hər məhsuldan az-az istəyirsinizsə, bu zaman nə etməli? Biz sizin istədiyiniz məhsullardan az sayda topdan almağınız üçün xüsusi təkliflər işləyib hazırlamışıq. Siz müxtəlif məhsulları kiçik partiyalarla (20 ədəddən çox) sifariş edə bilərsiniz. Biz sifariş edərik, yoxlayarıq, bağlayarıq, gömrükdən keçirərik və sizə bir yüklə göndərərik. Öz brendinizin, yeni yaratdığınız onlayn mağazanızın, böyük portalınızın, sosial şəbəkələrdə kommersiya məqsədli qrupunuzun və ya ticarət mərkəzlərində satış nöqtələrinizin çeşidlərini artırın. Fərqli çeşidlərinizlə alıcıların diqqətini cəlb edin, satışlar həyata keçirin və xeyir görün. Əldə etdiyiniz məhsullar yüksək keyfiyyətdə olmaqla yanaşı, onlara şirkətimiz tərəfindən zəmanət verilir. Nöqsanlı məhsul aşkarlanacağı təqdirdə məbləğin 100% həcmi qaytarılır.
Marjinal yeniliklərlə məhsul çeşidlərinizi artırın. Kataloqumuzdan istədiyiniz məhsulu seçə bilərsiniz. Orada sınanmış təchizatçıdan əldə etdiyimiz ən dəbli, tanınan və gəlirli olan hər şeyi toplamışıq. Axtardığınız məhsulu kataloqda tapmadığınız təqdirdə, onun axtarışı və ya alınması ilə məşğul ola bilərik. Bundan sonra keyfiyyətini yoxlayıb sizə göndərərik. Seçiminizdə əmin deyilsiniz? Bizimlə məsləhətləşin. Biz sizə indi hansı məhsulun və hansı formatda daha yaxşı satıldığını deyə bilərik.
Onlayn mağazalarla tərəfdaşlıq xidmətlərinə nələr daxildir?
- Müxtəlif təchizatçıdan olan sifarişlərinizin “Quançjou”da yerləşən anbarımızda yığılması.
- Partiyada hər bir məhsulun dəstliyinin, xarakateristikalara uyğunluğunun və tamlığının yoxlanılması.
- Bağlanması, gömrükdən keçirilməsi və yaşadığınız şəhərə çatdırılması.
Onlayn mağazalarla tərəfdaşlıq üçün 4 xidmət paketi. Sizə ən çox uyğun gələn şərti seçin.
Paket 1
Sifarişin minimal sayı |
Sifarişin minimal məbləği |
Məhsulun qiyməti necə dəyişir |
Minimal partiyanın 50%-i (partiyadakı sayı saytımızda məhsulun hər səhifəsində göstərilmişdir) | 2000$-a qədər | Məhsulun kartoçkasında göstərilmiş minimal partiyanın qiymətindən 1$/ədəd artır |
Paket 2
Sifarişin minimal sayı | Sifarişin minimal məbləği | Məhsulun qiyməti necə dəyişir |
Minimal partiyanın 50%-i (partiyadakı sayı saytımızda məhsulun hər səhifəsində göstərilmişdir) |
2000-3500$ arası |
Məhsulun kartoçkasında göstərilmiş minimal partiyanın qiymətindən 0,5$/ədəd artır |
Paket 3
Sifarişin minimal sayı | Sifarişin minimal məbləği | Məhsulun qiyməti necə dəyişir |
Məhsulun kartoçkasında göstərilən partiyanın 25-30%-i | 3500-5000$ arası | Məhsulun kartoçkasında göstərilmiş minimal partiyanın qiymətindən 0,5$/ədəd artır |
Paket 4
Sifarişin minimal sayı |
Sifarişin minimal məbləği |
Məhsulun qiyməti necə dəyişir |
Məhsulun kartoçkasında göstərilən partiyanın 25-30%-i |
5000$-dan yuxarı |
Məhsulun qiyməti dəyişmir və kartoçkada göstərilmiş minimal partiyanın qiymətinə bərabər olur |
Əlavə şərtlər:
- yığma sifarişinin ümumi minimal partiyası 50 ədəd olan məhsullar üçün bir məhsul növünün sayı ən azı 15 ədəd təşkil edir;
- yığma sifarişinin ümumi minimal partiyası 100 ədəd olan məhsullar üçün bir məhsul növünün sayı ən azı 25 ədəd təşkil edir.
Bu zaman daha rahat bağlama üçün məhsulun növündən asılı olaraq sayının cüt olmasına diqqət etmək lazımdır.
Online mağazalarla tərəfdaşlıq faydalı olacaq:
- öz onlayn mağazasını, multilendinqini, bir səhifəlik veb saytlarını, sosial şəbəkələrdə kommersiya məqsədli qrupunu yaratmağa yeni başlayan sahibkarlar;
- bir neçə növ məhsulu olan multilendinqlərin sahibləri;
- orta və geniş məhsul çeşidlərinə sahib fəaliyyətdə olan onlayn mağazalar;
- iri internet-portallar.
Onlayn mağazalarla necə tərəfdaşlıq edirik?
- Siz yığma sifariş üçün kataloqdan seçdiyiniz məhsulların siyahısını qeyd etməklə formanı ətraflı şəkildə doldurursunuz və bizə göndərirsiniz.
- Məhsulun kataloqda olmadığı təqdirdə məhsulun fotosunu, adını və xüsusiyyətlərini ərizəyə əlavə edin
- Biz təchizatçılardan məhsulun onlarda olub-olmamasını dəqiqləşdirir və satın alınacağı təqdirdə Çin ərazisi ilə çatdırılma qiymətini dəqiqləşdiririk.
- 1-2 gün ərzində kommersiya təklifi hazırlayır və ödəniş edilməsi üçün rekvizitləri ilə birlikdə sizə göndəririk.
- Siz təklifi nəzərdən keçirir, xidmətlər üçün qabaqcadan ödəniş edirsiniz, biz də məhsulu sifariş veririk.
- 2-5 gündən sonra məhsul bizə məxsus anbara gətirilir, biz onun keyfiyyətini, sayını, tamlığını, xüsusiyyətlərini və uyğunluğunu yoxlayırıq.
- Məhsulla hər şey qaydasındadırsa, onu bağlayır, gömrükdən keçirilməsini vəğ yaşadığınız ölkəyə çatdırılmasını təşkil edirik.
- Məhsul partiyasında nöqsan aşkarlanarsa, məhsulu təchizatçıda dəyişirik.
- Siz məhsulu nəqliyyat şirkətinin anbarından əldə edirsiniz və çatdırılma dəyərini ödəyirsiniz.