Çində məhsul və fabrik yoxlanışı
İstehsalın həqiqiliyindən əmin olmaq istəyirsiniz?
Sahibkar həyatı öyrədir ki, yeddi ölç, bir biç. Əsas da söhbət böyük məhsul partiyasından gedirsə. Çünki hətta ilk baxışdan inandırıcı reklamı və rəngarəng kataloqları olan ən cəld təchizatçılara belə heç də həmişə etibar etmək olmur. Çində rəqabət böyükdür. Fabriklər yağışdan sonra çıxan göbələk kimi hər yerdə bitir və eyni sürətlə də yox olurlar. İstehsalatın həqiqiliyində əmin olmaq üçün onu ziyarət etmək gərəkdir. Biz fabrikin bu cür inspeksiyasını həyata keçirir və sexlərin ölçüsünə, iş yükünün nə qədər olmasına, işçilərin sayına, anbarlara, məhsullara və bağlamalara diqqət yetirir, lisenziya və sertifikatların olub-olmamasını yoxlayırıq. Ancaq bundan sonra müqavilə bağlamaq olar. Biz bunların hamısını ətraflı hesabat verməklə sizin əvəzinizə edirik.
Hansı halda təftiş aktualdır? Siz istehsalçı tapmısınız, lakin düzgünlüyündən əmin deyilsiniz, yaxud sexləri görməmisiniz. Məhsul yığılmazdan öncə materialların və aksessuarların keyfiyyəti yoxlanmalıdır. Müəssənin keyfiyyət siyasəti inspeksiya edilməlidir. Fabrikdə istehsal prosesinin auditi keçirilməlidir. Siz sınaq üçün nümunə hazırlamalı və istehsal prosesini izləməlisiniz. Sifariş etdiyiniz məhsul partiyası artıq hazırdır, lakin siz keyfiyyət, bağlama və sənədləşmə ilə maraqlanırsınız. Siz artıq fabrik ilə işləyirsiniz, lakin özünüzü sığortalamaq istəyirsiniz. Xidmətin yekun qiyməti və müddətlər texniki tapşırıq razılaşdırılandan sonra kommersiya təklifində açıqlanır. Çin üzrə müfəttişin nəqliyyat xərcləri əlavə olaraq göstərilir.
Fabrikin yoxlanılması necə həyata keçirilir?
- Siz xidmət üçün ərizə formasını ətraflı şəkildə doldurursunuz və bizə göndərirsiniz.
- Təftişin detallarını açıqlayırsınız: fabrikin yerləşdiyi ünvan, təftişin məqsədi və texniki tapşırıq.
- Fabrikin menecerini təftişdən xəbərdar edirsiniz və əlaqə nömrələrinizi verirsiniz.
- Biz tapşırığın ilkin analizini həyata keçiririk və sorğunuzun yerinə yetirildiyinə əmin oluruq.
- Xidmətlərimizin qiymətini göstərməklə kommersiya təklifini hazırlayır və sizə göndəririk.
- Siz təklifi nəzərdən keçirir, xidmətlərimiz üçün qiymətin 100%-i həcmində öncədən ödəniş edirsiniz, biz isə fabriklər ilə təftişin gününü və saatını müəyyənləşdiririk.
- Təftiş günü çalışın, müfəttişimiz ilə əlaqə saxlayasınız.
- Təftişdən sonra sizə ətraflı hesabat və təftişə aid foto, videomateriallar təqdim ediləcəkdir.
Etibar et, amma yoxla. Biznes səviyyəsi və ənənəsi baxımından çinli sahibkarlar, əlbəttə ki, biri-birindən fərqlənirlər. Lakin onları bir vacib xüsusiyyət birləşdirir. Bu, məhsulun keyfiyyətinə və xüsusiyətlərinə təsir göstərə biləcək kiçik detallara qarşı diqqətsizlikdir. Təchizatçınızdan tamamilə əmin olduğunuz halda belə əlavə idarəçilik heç də artıqlıq etməz. Həmişə ən yaxşısı özünüzü sığortalamaqdır. İstehsalat mərhələlərini və sifarişinizin bağlanmasını yoxlamaq üçün Çinə getmək şərt deyil. Bu işi Çindostu komandasının təftişinə buraxın. Bu həm ucuz, həm də daha tez başa gələcəkdir. Komandamız 6 ildən çoxdur ki, Çində yaşayır və işləyir, Çin ənənələrini və bizneslə məşğul olmağın xüsusiyyətlərini bilir. Biz şirkətlərin menecmenti ilə öz doğma dillərində, Çin dilində ünsiyyət qururuq. Bu danışıqların aparılması üçün çox əhəmiyyətlidir. Müfəttişimiz şəxsən fabriki ziyarət edəcək, danışıqlar aparacaq, nümunələri qiymətləndirəcək, bütün istehsal detallarını öyrənəcək və foto-video hesabat hazırlayacaq. Bütün bu vaxt ərzində sizinlə əlaqə saxlanılacaq və real vəziyyətlə bağlı xəbərdar ediləcəksiniz.
Çində məhsul təftişi nəyə lazımdır?
Çində məhsul təftişi sizi, bir sifarişçi kimi, çinli tərəfdaşınızın etibarlı olduğuna əmin edəcək. Sözügedən təftiş çərçivəsində qeydiyyat sənədlərinin, sertifikat və lisenziyaların, istehsal edilən məhsulun gücü və keyfiyyətinin yoxlanılması həyata keçirilir. Siz, bir sifarişçi kimi, hətta ÇXR-na səfər etmədən belə lazım olan hər şeyi öyrənə biləcəksiniz. Mütəxəssislərimiz özləri hər şeyi edəcək və təftiş barədə detallı hesabat hazırlayacaqlar.
Çində məhsulun keyfiyyətinin yoxlanılmasına nə daxildir?
Hazır məhsul partiyasının yoxlanılması məhsul yoxlanışının növlərindən biridir. Partiyanı təftiş edən mütəxəssislər diqqət yetirirlər:
- xarici görünüş;
- məhsulun tam dəsti;
- qeyd edilmiş xüsusiyyətlərə uyğunluğu;
- məhsulun funksionallığı;
- bağlanması və markalanması.
Razılaşdırılmış xüsusiyyətlərlə uyğunsuzluq aşkar edilərsə, biz dərhal sifarişçiyə xəbər veririk və Çin tərəfi ilə problemi həll etməyə köməklik göstəririk.