Çində biznes - müşaiyət
Çinə işgüzar səfərinizin maksimum dərəcədə məhsuldar və sərfəli olması üçün biz hər şeyi təşkil və idarə edərik. Prosesin necə baş verdiyinin şəxsən şahidi olacaqsınız. Hər gün daha çox sahibkar lazımi məhsulu, təchizatçını yaxud istehsalçını tapmaq, iş görüşlərini şəxsən keçirmək, müqavilə bağlamaq və ya öz istehsalını təşkil etmək məqsədilə Çinə işgüzar səfər edir. Lakin, dil baryeri və Çində biznes ənənələrini bilməmək əksər hallarda arzuolunmaz nəticələrə gətirib çıxarır. BÖYÜK - Biz Çinə işgüzar səfərləri maksimum dərəcədə məhsuldar, təhlükəsiz və sərfəli təşkil edirik. Biz lazımi məhsulu və istehsalçını tapmağa kömək edirik. Biz sizinlə birgə nümunələri qiymətləndirir və çinlilərlə çin dilində danışıqlar aparırıq. Biz məqsədlərinizə və büdcənizə uyğun şərtləri əldə etməyinizə nail oluruq və müqaviləni tam hazır vəziyyətə gətiririk. Eyni zamanda məhsul yükünün gömrük müşayiətini həyata keçiririk.
Çinli üçün yaxşı olan bizim üçün mübahisəli ola bilər. Tutalım, məhsulu tapdınız, şərtləri razılaşdırdınız, müqaviləni bağladınız. Demək ki, rahatlanıb oturmaq olar. Lakin hər şey bu qədər sadə deyil. Danışıqlardan asılı olmayaraq çinli istehsalçılar detallara qaşı diqqətsizdirlər və tez-tez anlaşılmazlıqlardan irəli gələrək məhsulları yaxud aksessurlarını daha ucuzları ilə əvəzləyə, danışılan keyfiyyətdən və xüsusiyyətlərdən kənara çıxa, nöqsanlı yaxud yanlış məhsul göndərə və istehsal müddətini ləngidə bilərlər. Bu səbəbdən vacibdir ki, səfər etməzdən öncə hər şeyi dəqiqliklə planlaşdırasınız: ilkin monitorinqi həyata keçirmək, səfərin məqsədlərini müəyyən etmək, zaman və maliyyə itkisinin qarşını almaq üçün dəqiq planlama və idarə sistemi qurmaq. Biz Çində biznes müşayiəti təqdim etməklə sizə yardımçı olmağa hazırıq. Çində qaldığınız hər günü və marşrutları palanlaşdırarıq, sizi hava limanında qarşılayar, fabriklərə aparar və təchizatçılarla görüşdürərik. Danışıqları aparar, sərgilərə gedərik, şərtləri razılaşdırar və məhsulun keyfiyyətini yoxlayarıq, asudə vaxtınızın qeydinə qalarıq. Bunun üçün "biznes müşayiəti" və "müqavilədən sonrakı müşayiət" xidmətlərimizi sizlərə təklif edirik.
Çində biznes müşayiəti:
- Çinə işgüzar səfər planladığınız və Çində qaldığınız zaman xidmətlərin təqdim edilməsi;
- İşgüzar səfərin, marşrutların və Çində qaldığınız günlərin planlaşdırılması;
- Çinə gəlməzdən öncə istehsalçıların və məhsulun ilkin axtarışı;
- Hava limanında qarşılama və mehmanxanayadək ötürmə;
- Mehmanxananın bron edilməsində yardım;
- Çin dilindən tərcüməçi xidməti;
- Çində profil üzrə sərgilərin, fabriklərin və təchizatçıların birlikdə ziyarəti;
- Asudə vaxtın təşkil edilməsi və şoppinq;
- Xidmətin qiyməti sizin məqsədinizdən, Çində qaldığınız günlərin sayından, məhsulun və təchizatçının axtarışının mürəkkəbliyindən asılıdır.
Çində qalma müddəti - Bu müddət sizin məqsəd və istəklərinizdən asılıdır. İşgüzar səfər çərçivəsində Çin ərazisində səmərəli qalma müddəti orta hesabla 3-4 gün təşkil edir. Bundan sonra bütün proseslər distant idarə edilir.
Biznes müşayiəti necə baş tutur?
- Ərizə formasını ətraflı doldurursunuz və bizə göndərirsiniz.
- Çinə səfərinizin detallarını açıqlayırsınız: təxmini tarix, axtardığınız məhsul, məqsədiniz və sonda əldə etmək istədiyiniz nəticə.
- Biz ödənişsiz ilkin monitorinq keçirdirik və sorğunuzun yerinə yetirildiyinə əmin oluruq.
- Xidmətlərimizin qiymətini qeyd etməklə kommersiya təklifi hazırlayır və sizə göndəririk.
- Siz təklifi nəzərdən keçirirsiniz, xidmətlərimiz üçün məbləğin 100%-i həcmində öncədən ödəniş edirsiniz, biz isə sizin gəlişinizə hazırlaşırıq.
- Təsdiq etməyiniz üçün sizə Çində fabrik və bazarların ziyarət planını təqdim edirik.
- Siz Çinə gəlirsiniz. Biz sizi qarşılayır və mehmanxanaya aparırıq.
- Öncədən razılaşdırılan gün və saatda planladığınız bütün görüşlərdə sizi müşayiət edirik.
- Asudə vaxtınızı, şoppinq və Çində qalacağınız müddət başa çatandan sonra hava limanına aparılmağınızı təşkil edirik.
- Ayrıca xidmət çərçivəsində müqavilənin sonrakı müşayiəti ilə məşğul oluruq.
Çinə biznes-tur. Bizim müşayiətimiz ilə keçən Çinə biznes-tur çərçivəsində ancaq müəyyən bir sahədə ixtisaslaşmış topdansatış bazarlarını və ticarət mərkəzlərini ziyarət etməklə yetinməyib Quançjou (Kanton sərgisi) və Honkonqda (elektronika sərgisi) keçirilən böyük sərgilərdə də olmaq şansı ələ edəcəksiniz.Həmçinin, səfəri planlama çərçivəsində sizə lazım olan fabriki şəxsən ziyarət edə, istehsalat prosesinin şahidi ola, şirkət rəhbərliyi ilə danışıqlar apara və işgüzar müqavilə bağlaya biləcəksiniz. Bütün bunları işgüzar səfəri öncədən düzgün qaydada planlayanda maksimal dərəcədə məhsuldar və əlavə vaxt itkisinə yol vermədən yerinə yetirmək mümkün olur.
Biz zamanınızın, rahatlığınızın və biznes-turun nəticələrinin qeydinə qalarıq:
- səfər marşrutunu və dəqiq planını qurarıq;
- viza dəstəyi göstərəcəyik;
- sərgi və fabriklərə bilet və buraxılış vərəqələrinin alınması təşkil edərik;
- hava limanında qarşılayar və mehmanxana bron edərik;
- sizi bütün planladığınız yerlərdə, fabriklərdə, topdansatış bazarlarında müşayiət edərik;
- birlikdə danışıqlar aparar və müqavilə bağlanmasında köməklik göstərərik;
- ödənişin təhlükəsiz yerinə yetirilməsi ilə bağlı köməklik göstərərik;
- asudə vaxtınızın qeydinə qalarıq;
- səfəriniz sona çatandan sonra müqavilənin bütün mərhələlərini tamamlayacağıq.
Biz biznes-turun planlanmasını və səfərboyu müşayiəti sifarişçinin məqsədindən və ehtiyaclarından irəli gələrək və onun Çin ərazisində qalma müddəti ilə büdcəsini nəzərə alaraq həyata keçiririk. Məqsədimiz Çinə səfərinizi maksimal dərəcədə məhsuldar, sərfəli və rahat etməkdir!
Çində müqavilənin müşayiət edilməsi - Çindostu sifarişçinin məqsədlərinə və istəklərinə individual olaraq Çində müqavilənin müşayiət edilməsi kompleks xidmətlərini təqdim edir. Müqavilə bağlanmasının bütün mərhələlərinin təşkilini öz üzərimizə götürürük: məhsul seqmentinin axtarışından və istehsalçı seçimindən tutmuş müştəri üçün təchizatçı ilə daha optimal əməkdaşlıq şərtlərinin seçilməsinə və məhsulun, istehsal, bağlama, gömrük rəsmiləşdirilməsi və çatdırılma proseslərinin tam auditinin təşkil edilməsinə kimi. Şirkətimizlə distant iş prosesi Çinə gəlmək və burada qalmağa çəkilən zaman və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, həmçinin diqqətinizi öz ölkənizdə biznesinizin genişləndirilməsinə və inkişaf etdirilməsinə yönəltməyə imkan verəcək.