Karqo çatdırılma
Çindən məhsulların karqo ilə çatdırılması. Məhsul bağlamaya qoyulacaq, gömrük rəsmiləşdirilməsindən keçiriləcək, sığortalanacaq və yaşadığınız ölkəyə göndəriləcəkdir.
Təchizatçı tapmısınız, lakin bilmirsiniz, məhsulu necə çatdırasınız? Yaxud o sizə çox baha və şübhəli çatdırılma təklif edib? Çəki məhdudiyyəti (30 kq-a qədər) səbəbindən yükü adi poçtla göndərmək mümkün olmayacaq. Belə bir vəziyyətdə gömrük rəsmiləşdirilməsi necə olsun?
Nə yaxşı ki, karqo ilə çatdırılma var. O bütün narahatlığınızı geridə qoyacaq. Birincisi, məhsul sayı ilə bağlı heç bir məhdudiyyət qoyulmur. İkincisi, yükü hətta fiziki şəxslər belə ala bilərlər. Gömrük rəsmiləşdirilməsi tez və yorucu kağız-kuğuz işi olmadan həyata keçirilir.
Maraqlı gəldi? Məsləhətləşmə üçün müraciətinizi bildirin, biz isə öz növbəmizdə məhsulun yaşadığınız ölkəyə qiymət və müddət baxımından ən optimal çatdırılma variantını hesablayaq.
Yükün bağlamaya qoyulması və sığortalanması nəyə lazımdır?
Heç cür qənaət etməməli olduğunuz şey məhz bağlamadır. Əks təqdirdə məhsulunuz zədələnər və onu nə işlədə, nə də geri qaytara bilərsiniz. Rahat və təhlükəsiz daşınma üçün məhsul qoyulmuş qutuları xüsusi “yer”lərdə birləşdiririk. Sığortalanmada qənaət yolverilməzdir. Cəmi 2% əlavə ödəniş etməklə məbləğdə böyük bir fərq hiss etməyəcəksiniz, lakin istənilən fors-major vəziyyətdən qaynaqlana biləcək təhlükəni sovuşdurmuş olacaqsınız. Əgər yükünüz itərsə, oğurlanarlarsa yaxud gömrükdə müsadirə edilərsə, ödədiyiniz bütün məbləği geri ala biləcəksiniz. Təhlükəsiz çatdırılmanın zəmanəti bizdədir.
Yükləri hansı ölkələrə göndəririk? Təchizatçınız məhsulları “Quançjou”da yerləşən anbarımıza göndərir, biz orada bütün partiyanı yoxlayırıq və etibarlı şəkildə bağlayırıq. Sonra isə yaşadığınız ölkəyə, sizin anbarınıza göndəririk.
Çin ərazisindən toplu yüklərin çatdırılmasının üstünlükləri.
- Digər çatdırılma növləri ilə müqayisədə sərfəli tariflər. Ancaq sizə məxsus yükün daşınması üçün fiks ödəniş edirsiniz. Əlavə heç bir nəqliyyat xərcləri olmayacaq.
- Sənədləşmə barəsində narahat olmağa dəyməz. Yükün sənədlərinin gömrükdə qeydiyyata alınmasını daşıyıcı öz üzərinə götürür.
- Düşünülmüş marşrutlar hesabına qısa çatdırılma müddəti.
- Ən az 10 kq olmaq şərtilə istənilən çəkidə yükün çatdırılması.
- Məhsulu istənilən həddi-buluğa çatmış fərd ala bilər. Bunun üçün hüquqi şəxs olmaq şərt deyil.
Karqo çatdırılmanın tarifləri. Karqo çatdırılmanın qiyməti bir neçə faktordan asılıdır: məhsulun növü, çəkisi və alıcı ölkə.
Karqo çatdırılmanın müddəti. Müddətlər alıcı ölkədən və çatdırılma növündən asılıdır.
- Avia daşıma Geniş çeşidə malik kommersiya məqsədli partiyaların, kiçik həcmli yüklərin və məhsul nümunələrinin daşınması üçün ən rahat və sürətli üsul. Müddəti – 9-15 gün.
- Dəmir yolu vasitəsilə daşıma Xarab olmayan və kövrək məhsulların daşınması üçün uyğundur. Çatdırılma böyük şəhərlərdə karqo yük boşaltma terminallarına qədər həyata keçirilir. Oradan isə artıq bölgələrə daşınır. Müddəti – 20-30 gün.
- Avto daşınma Tariflərinə görə ən optimal, lakin müddətinə görə uzun daşınma xidmətidir. Biznesmenlər arasında, müddət elə də vacib olmayanda ən populyar üsul olaraq qalır. Müddəti – 25-35 gün.
- Dəniz yolu ilə daşınma Yük 20 yaxud 40 fut uzunluğa malik konteynerlərdə daşınır. Müsbət tərəfi ondadır ki, dəniz yolu ilə yük daşınmaları baha deyil və məhsulun maksimum dərəcədə təhlükəsizliyini təmin edir. Mənfi tərəfi çatdırılma müddətinin uzun olmağıdır. Müddəti – 30-45 gün.
Karqo ilə çatdırılma necə baş tutur?
- Siz xidmət üçün ərizə formasını ətraflı şəkildə doldurub bizə göndərirsiniz.
- Yükünüzün detallarını açıqlayırsınız: məhsulun adı, təxmini çəkisi və həcmi, çatdırılacağı ölkə/şəhər.
- Məhsul sadədirsə, çatdırılma ilə əlaqədar cavabı növbəti gün alacaqsınız.
- Məhsul (məhsul qrupu) mürəkkəbdirsə, 1-3 gün sonra ətraflı şəkildə çatdırılma hesabını sizə göndərəcəyik.
- Anbarımızın ünvanını təchizatçınıza göndərin (onu məktubda qeyd edəcəyik), Çin ərazisi ilə daşınma qiymətini məhsulların qiymətinə daxil etməyini xahiş edin və onu öncədən ödəyin.
- Çin ərazisi ilə daşınmağa 2-5 gün sərf edilir.
- Biz məhsulu alırıq, bağlayırıq və sizə göndəririk.
- 1-3 gündən sonra çatdırılma qiymətinin dəqiqliklə göstərildiyi yol vərəqini alırsınız və onu ödəyirsiniz.
- Məhsulu əldə etdikdə onu elə Nəqliyyat Şirkətinə məxsus anbardaca yoxlayın.