Çin Dilini Öyrən
Çin dili Çin – Tibet dil ailəsinə aid bir dildir. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır.
Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur.
Çin dili iki cür yazılır:
- Klassik
- Modernləşdirilmiş
Birinci model çinin əsil və keçmiş dilidir ki, keçən yüzillərdə işlənirdi. İndi də Tayvan, Hong-kong, Makao və ABŞ-dakı çinlilər bu dildə danışırlar. İkinci model isə qədim çin yazısında istifadə olunan heroqliflərin sadələşdirilmiş formasıdır. Bu model Sinqapurda da işlənir. Bundan başqa 1950-ci ildən tətbiq olunmağa başlanan Pinyin heroqliflərin transliterasiyası üçün istifadə olunur. Çində Pinyin 1980-cı ildən heroqliflərin latın əlifbasına çevrilməsi üçün geniş istifadə olunur. Pinyin heroqliflərin yerinə deyil daha çox izah məqsədilə işlədilir.
Əgər siz Çin dilini öyrənmək və bu dildə danışmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Peşəkar müəllimlərimiz sizə bu işdə yardımçı olacaqdır.