Terrakota ordusu
Terrakota ordusu başqa cür də desək Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər Çinin UNESCO Dünya İrs siyahısında olan gildən hazırlanmış heykəl döyüşçüləri olaraq bilinir.
Qeyd etmək istərdik ki, köhnə türk ənənələrinə bənzər bir şəkildə Çin imperatoru öldükdə əsgərləri ilə birlikdə dəfn edilirdi. Bu ənənə Hun imperatoru Attila üçün də tətbiq edilib. Buna görə, imperator öldükdən sonra ordusundakı əsgərlərlə və hətta bu ordudakı atlarla birlikdə dəfn edilib.
Çin hökmdarı Sin Şi Xuandi ilə əlaqəli Terrakota ordusunun hekayəsi də buna əsaslanır. Tarixi İpək Yolunun başlanğıcı və qədim Çinin paytaxtı Xian dünyanın ən maraqlı monumental quruluşuna malik olub. Hətta dünyanın səkkizinci möcuzəsi adlandırılan Terrakota ordusu, nəhəng bir ərazidə yüzlərlə gil əsgər heykəlinin yerləşdiyi möhtəşəm mənzərə yaradır. Çində Qadağan Şəhər və Böyük Çin Səddi ilə birlikdə ən məşhur tarixi və turistik yer olan Terrakota ordusu yüz illər boyu unudulmuş və harada olduğu bilinməyib. Bunun səbəbi dəfn olunmuş imperatorun dəfn olunduğu yerin gizli saxlanılması və hətta dəfn edənlərin dəfndən sonra öldürülməsidir. Bənzər bir vəziyyət qəflətən vəfat edən Hun İmperatoru Attila üçün də keçərli olub. Öləndən sonra əsgərləri ilə birlikdə dəfn olunan Attilanın məzarının harada olduğu bu gün də məlum deyil.
1974-cü ildə Xian şəhəri yaxınlığında bir kəndli tarlada işləyərkən bəzi tapıntılara rast gəlib. Qısa müddətdə tapdıqlarının diqqəti cəlb edən əsər olduğunu başa düşən kəndli dərhal vəziyyət barədə arxeoloqlara məlumat verib. Bölgədə aparılan arxeoloji qazıntılar bugünkü nəhəng ərazini ortaya çıxardıb. Gil əsgərləri zərərdən qorumaq üçün qübbəli bir quruluşla örtülmüş terrakota ordusu olduğu məlum olan kimi dünya gündəmini ələ alıb.
Əslində ilk dəfə 1920-ci ildə diqqət çəkən, lakin bu gil əsgərləri tapan kəndlinin qorxusu səbəbindən yenidən torpaqla örtülmüş Terrakota ordusu qısa müddətdə UNESCO-nun diqqətini çəkib. 1920-ci ildə təsadüfən Terrakotta ordusunu tapan kəndlilər qorxub və bölgəni yenidən torpaqla örtməsəydi, bəşəriyyət bu tarixi bölgə haqqında daha əvvəl məlumat sahibi olardı. Bu tarixi yerin varlığının dünya səviyyəsində bilinməsi 1974-cü ilə qədər gözləmək lazım olub. Fermerlərin diqqətini çəkdikdən sonra qısa müddətdə bölgədəki geniş qazıntılar zamanı tapılanların yalnız gil əsgər heykəllərinin olmadığı da aydın olub. Bundan sonra daha ətraflı və incə qazıntılarda gil əsgərlərlə birlikdə atlar və döyüş alətləri də tapılıb.
Terrakota ordusu keçmiş Çin imperatoru Sin Şi Xuandinin ölümü ilə əlaqələndirilir. Adını bugünkü Çinə verən imperator ölkə tarixində böyük nüfuza sahib olub. Buna görə Xiandakı tapıntıların əhəmiyyəti sürətlə artıb. İlk Çin imperatoru sayılan Sin Şi Xuandi, eyni zamanda Mete Xanın komandanlığı altında Hun ordusunun hücumlarına qarşı Böyük Çin Səddini inşa edən şəxs olaraq da bilinir. Kosmosdan belə görünməsi mümkün olan bu divar sayəsində çinlilər Hun basqınlarını dayandıra biliblər. Qin sülaləsinin qurucusu və eramızdan əvvəl 258-ci ildə anadan olmuş imperator 49 yaşında vəfat edib və daha sonra məqbərəsinin tikildiyi Xian şəhərində dəfn edilib.
Çində ilk bürokratik qayda quran imperator kimi də tanınan Sin Şi Xuandiyə aid edilən Terrakota ordusu abidəsinin bu səbəbdən Çin üçün xüsusi əhəmiyyəti var. Xalqın köhnə ənənələrini unutması üçün Konfutsi kitablarının yandırılmasına əmr verən imperator, qurduğu yeni nizamla da diqqət çəkib. İmperator ölümdən çox qorxduğu üçün məqbərəsində Terrakota ordusu heykəlləri tikdirdiyi düşünülür. Hər birinin özünəməxsus üzü olan bu gil əsgərlərin inşasının eramızdan əvvəl 246-cı ildə başladığı düşünülür. Bu inşa 30 ildən çox vaxt aparıb və tikintisində 700 min əsgər işləyib. 350 metr uzunluğunda və Şərqdən Qərbə doğru 345 metr enindədir. Hündürlüyü 76 metr olan torpaq isə piramida şəklindədir. Boyları 183-195 santimetr arasında dəyişir.