Çində Təhsil
Artıq bir neçə ildir ki, bir çox tələbələr təhsil üçün xarici ölkələrə üz tuturlar. Bunun əsas səbəblərindən biri də, fərqli mədəniyyətləri öyrənmək, dünyagörüşünü genişləndirmək, uğurlu karyeraya sahib olmaq və xarici dil öyrənməkdən ibarətdir. Qeyd edə bilərik ki, Çin universitetləri son illər ərzində təhsil almaq üçün kifayət qədər prestij qazanmışdır. Amerika Birləşmiş Ştatları və Böyük Britaniyadan sonra Çin ən çox tələbəyə malik olan ölkə statusunu qazanmışdır.
Çin son 30 ildə ən sürətli böyüyüb inkişaf edən ölkə olmuşdur. İqtisadiyyatına görə dünyada Amerika Birləşmiş Ştatlarından sonra ən böyük ikinci ölkədir. İqtisadiyyatın yüksək səviyyədə inkişafı və geniş iş imkanlarının mövcudluğu bu ölkəyə olan marağı günü gündən artırmaqdadır.
Çin iqtisadiyyatı dünya miqyasında böyük şirkətləri cəlb etməsi səbəbindən, qlobal ticarət və kommunikasiyanı asanlaşdırmaq üçün İngilis dilindən ümumilikdə geniş şəkildə danışılır. Xüsusi olaraq qeyd edə bilərk ki, 21-ci əsrdə artıq əhalisinin 73% -i İngilis dilində danışa bilirdi. Xaricdə təhsil almaq barədə düşünən bir qayda olaraq təhsil alacağınız ölkənin yerli dilini bilmək önəmlidir. Ancaq bu, 80-dən artıq şəhərdəki 300-dən çox universitetdə 20 mindən çox kurs seçimi ilə ingilis dilində təhsil ala biləcəyiniz Çin üçün məcburiyət deyildir. Çində təhsili İngilis dili danışanlar üçün bir az qorxulu edən, Mandarin dilinin məktəblərdə, fransız və ya alman kimi çox öyrədilən bir dil olmamasıdır. İngilis dili ilə heç bir audio və vizual oxşarlığın olmaması bu dildə heç bir anlayışı olmayan insanlar üçün Çin dilini daha da qəliz edir. Lakin, Çin dilində ilkin biliklərə sahib olmaq sizə özü ilə bərabər çoxlu imkanlar gətirəcəkdir.
Çində təhsilin keyfiyyəti öz sözünü deyir. Belə ki, mühəndislik, elm, tibb, iqtisadiyyat kimi sahələrlə yanaşı süni intellekt və robotlaşdırma, mexatronika və robototexnika, informasiya texnologiyaları ilə bağlı ixtisaslarda yüksək səviyyədə nüfuz qazanaraq tələbələrin marağına səbəb olmuşdur. Təhsil haqqı çox baha deyil. Əsasən şəhərlərə və universitetlərə görə dəyişir.
Çin universitetlərinin nüfuzu günü-gündən artmaqdadır. Əgər siz Çində təhsil almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Komandamız sizə bu işdə yüksək səviyyədə xidmət göstərəcəkdir.