OEM ODM
Çində öz şəxsi brendiniz altında məhsul istehsal etmək daha əlçatan, sadə, təhlükəsiz oldu! Çində öz ticarət markanız ilə məhsul istehsalını sifariş etmək biznesinizə sərf edəcək qərardır. Bu həm də rəqiblərdən fərqlənmək və gəlirləri artırmaq üçün əla fürsətdir. Məhsulun OEM və ODM istehsalı daha çox xərc tələb edəcək. Nəinki məhsulun təchizatçıdan topdan satın alınması. Buna baxmayaraq, bir sıra şübhəsiz üstünlüklərə sahibdir!
OEM və ODM arasındakı fərq nədən ibarətdir?
OEM (Original Equipment Manufacture) | ODM (Original Design Manufacturer) | |
Nədir? |
Artıq mövcud olan məhsulun sizin brendiniz altında istehsal edilməsi |
Artıq mövcud olan məhsulun yenilənmiş dizayn, fərqli xüsusiyyətlərlə və sizin brendiniz altında istehsal edilməsi |
İstehsala başlamaq üçün sizdən nə tələb olunur? |
Loqotipiniz, bağlama, təlimat |
Modelin eskizi, loqotipiniz, bağlama, təlimat |
Sifarişin minimal sayı |
Məhsulun böyük və mürəkkəb olduğu halda – ən az 300-500 ədəd. Məhsulun sadə olduğu halda – ən az 1000 ədəd. |
Məhsulun böyük və mürəkkəb olduğu halda – ən az 300-500 ədəd. Məhsulun sadə olduğu halda – ən az 1000 ədəd. |
OEM (Original Equipment Manufacturer) - məhsulun istehsalçının yaşadığı ölkədə onun öz bağlaması, loqotipi ilə və brendi altında hazırlanma üsulu.
ODM (Original Design Manufacturer) - məhsulun Çin istehsalatından istifadə edərək istehsalçı tərəfindən sizin dizaynınız ilə hazırlanması üsulu. Eləcə də gələcək brendin təkrarsız ideyasından tutmuş reallaşdırılmasına qədər tamamilə yeni məhsul olması.
OEM və ODM istehsalın üstünlükləri nələrdir? Çində kiçik sexlərdən tutmuş çoxmərtəbəli müəssisələrə kimi bir çox fabriklər ehtiyaclarından asılı olaraq sahibkarlar üçün geniş seçim imkanları təqdim edir. Yerli analoqları ilə müqayisədə istehsalın təşkilinin ucuz olması və düzgün idarə olunduğu təqdirdə istehsal edilən məhsulun yüksək keyfiyyəti məhsulunuzu yeni səviyyəyə qaldırmaqla yanaşı gəlir və satışları da artıracaq. Çindostu komandası öz müştərilərinə Çin ərazisində etibarlı fabriklər və istehsalat müəssisələri tapmağa yardımçı olur. Təklif etdiyimiz xidmətlər biznes proseslərini sürətləndirir və sadələşdirir: Fabrikin axtarışı və yoxlanışdan keçirilməsindən, danışıqların apaarılmasından, sınaq nümunələrinin hazırlanmasından tutmuş məhsulun keyfiyyətinin idarə edilməsi və yaşadığınız ölkəyə çatdırılmasının təşkilinə qədər. Sadaladığımız hər şeyi təhlükəsiz, keyfiyyət zəmanətilə və tam hazır şəkildə yerinə yetiririk.
İstehsal xidmətinin qiyməti və müddəti sizi düşündürür? Məhsul istehsalı xidmətinin qiyməti məhsulun növündən, partiyanın sayından və istehsal növündən (OEM yaxud ODM) asılıdır. Xidmətin son qiyməti, eləcə də çatdırılmanın təxmini qiyməti texniki tapşırıq razılaşdırıldıqdan sonra kommersiya təklifində açıqlanır. Məhsul istehsalı xidmətinin müddəti istehsal növündən (OEM yaxud ODM), məhsulun mürəkkəbliyindən və onun sayından asılıdır. İstehsal prosesi orta hesabla 18-30 gün aralığında dəyişir.
Çində məhsul istehsalının təşkili necə baş tutur? (Ətraflı addım-addım hərəkət planı)
- Siz foto, loqotip və məhsulun xüsusiyyətlərinin təsviri ilə birgə ərizə formasını ətraflı şəkildə doldurursunuz və bizə göndərirsiniz.
- Məhsul sadədirsə, artıq növbəti gün təklif alırsınız.
- Məhsul yaxud məhsul qrupu mürəkkəbdirsə, ərizəyə baxılması bir neçə gün çəkə bilər.
- Sorğunuzu analiz edirik, istehsalçıların monitorinqini həyata keçiririk və sorğunuzun yerinə yetirildiyinə əmin oluruq.
- Xidmətlərimizin qiymətlərini göstərməklə kommersiya təklifini hazırlayır və sizə göndəririk.
- Siz təklifi nəzərdən keçirir, xidmətlər üçün öncədən ödəniş edirsiniz, biz isə istehsalçıların seçiminə başlayırıq.
- Sizə qiymətləri və bizim tövsiyyələrimizlə birgə müxtəlif istehsalçılardan məhsul variantları təqdim edirik. 1-3 ən yaxşı olanını seçirik.
- Məhsul nümunələrini sifariş edirik və Çində yerləşən anbarımızda sınaqdan keçiririk.
- Loqotip və eskizin detallarını razılaşdırırıq. Məhsulun istehsalı üçün sifariş yerləşdiririk.
- Sınaq üçün nümunə əldə edildikdən sonra onu diqqətlə yoxlayırıq. İstəyinizdən asılı olaraq, sizə nümunəni ekspress – çatdırılma ilə göndərə bilərik.
- Son düzəlişləri edirik və bütün məhsul partiyasının istehsalına başlayırıq.
- Hazır məhsul partiyasını anbarımızda qəbul edirik, keyfiyyət və tapşırığınıza uyğunluq auditini həyata keçiririk.
- Məhsul ilə bağlı hər şey qaydasındadırsa, bağlayırıq, gömrükdən keçirilməsini və yaşadığınız ölkəyə çatdırılmasını təşkil edirik.
Çində məhsul istehsalı xidmətinə nələr daxildir?
- Çində istehsalçıların monitorinqi və axtarışı;
- Çin istehsalçıları ilə ilkin danışıqlar və müqavilənin detallarının dəqiqləşdirilməsi. Sınaq nümunələrinin sifarişi (nümunələrin qiyməti ayrıca ödənilir) və mübahisəli məqamların aradan qaldırılması;
- Texniki xüsusiyyətlərin qeyd edilməsi ilə sifarişin detallarının razılaşdırılması, loqotipin vurulması, bağlamanın düzəldilməsi və s.;
- Müqavilənin bağlanması, təhlükəsiz ödənişin həyata keçirilməsi, məhsul istehsalının sifarişi;
- Məhsul partiyasının Çində yerləşən anbarımızdan əldə edilməsi;
- Məhsul partiyasının keyfiyyətinin və kəmiyyətinin yoxlanılması, təsvirə uyğunluğunun və tamlığının, işləkliyinin və dəstliyinin (bütün tərkib hissələrinin yerli – yerində olmasının) auditinin həyata keçirilməsi;
- Məhsulun etibarlı şəkildə bağlanması və nəqliyyat şirkətinə məxsus anbara təhvil verilməsi;
- Sınanmış nəqliyyat şirkəti vasitəsilə gömrükdən keçirilməsi və çatdırılmasının təşkili.
Çində şəxsi OEM/ODM istehsalatını necə təşkil etməli? Əgər, məhsul sahənizi və biznesinizi rəqiblərinizdən fərqləndirmək ehtiyacı duyursunuzsa, brend adınız altında və özünəməxsus xüsusiyyətlərlə məhsul istehsalı bugün üçün ən düzgün qərardır. Çin bunun üçün çox geniş imkanlar təqdim edir. Bu sizin brend adınız altında həqiqətən fərqli məhsul yaratmağa icazə verəcək. İstehsalatın Çində yerləşməsi xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Biz istehsalçı və təchizatçı seçimində, strategiyanın qurulmasında, məhsulun keyfiyyətinin idarəsində, təhlükəsiz ödənişlərin edilməsində, müqavilənin bağlanmasında və bütövlükdə istehsal prosesinin auditinin həyata keçirilməsində xidmətlərimizi təqdim edirik. Bundan əlavə, biz xidmətlərimizi kompleks şəkildə və zəmanətlərlə həyata keçiririk. Sizə məhsulun gömrükdən keçirilməsi və çatdırılması ilə məşğul olmaq lazım gəlməyəcək.