Çinin ən maraqlı şəhərləri
Ecazkar şəhərləri, qədim mədəniyyəti və ənənələri ilə dünyanın ən çox ziyarət olunan ölkələrindən biri olan – Çin. Bu gün sizlərə azda olsa hər kəsin böyük maraq göstərdiyi Çinin rəngarəng şəhərləri haqqında danışacayıq.
Pekin. Dünyanın ən böyük şəhərlərindən biri olmaqla ölkənin paytaxt şəhəridir. Qitənin ən maraqlı və ən rəngarəng şəhərlərindən sayılır. Qədim tarixə malik şəhərdir və bu gün bu şəhərin nə az nə çox 22 milyondan çox əhalisi vardır. Çinə səyahət etmək fikrindəsinizsə ilk səyahətinizi bu şəhərdən başlamağı sizə tövsiyyə edərdik. Cənnət Məbədi, Tiananmen Meydanı və ya Mao Zedong Türbəsi, Çinin Böyük Divar, Yaz Sarayı, Kunming Gölü və Ming sülaləsinin türbələri kimi tarixə malik yerlər Çinin qədim tarixindən xəbər verir. Ən azı belə yerləri gəzib görmək üçün minimum 3-4 gün sizə vaxt lazım olacaqdır.
Çendu. Sıçuan əyalətinin inzibati mərkəzidir. Çində ən dadlı yeməklərin istehlak edildiyi şəhərlərdən biridir. Məhz bu səbəbdən UNESCO tərəfindən qastronomik bir yer olaraq adlandırılmışdır. Ayrıca olaraq qeyd etməliyik ki, Çendu bazası böyük pandanın çoxaldılması üzrə elmi-tədqiqat və turistik mərkəz olaraq tanınır. Heyvanların süni çoxaldılması üzrə dünyanın ən böyük mərkəzində 2400-ə yaxın bambuk ayısı yetişdirib ki, onların 140-dan çoxu böyük pandadır. Hazırda mərkəzdə 150-dən çox böyük panda saxlanılır. Pandaların qorunması və nəsli kəsilmiş heyvanlar siyahısına düşməməsi üçün Çin hökuməti elmi mərkəz və qoruqlar yaradıb. Hazırda Çində həmin məqsəd üçün yaradılan 40 qoruq var ki, onların çoxu Siçuan vilayətində yerləşir. Çin qanunlarına görə, pandanı öldürəni ən ağır cəza - ölüm hökmü gözləyir. Həmçinin bu şəhərdə siz eramızın 8-ci əsrində inşa edilmiş, ümid və firavanlığı təmsil edən 71 metr hündürlüyə malik nəhəng Budda heykəlini görə bilərsiniz.
Şanxay. 2020-ci ildə dünyanın ən bahalı yaşayış yeri olan Şanxay şəhəri Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanxay Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət göstərir. Bundan əlavə olaraq qeyd etmək istərdik ki, Şanxay dünyanın ən sıx limanlarından biridir və 2005-ci ildə dünyadakı ən böyük yük limanı olmuşdur.
Honkonq. Çin Xalq Respublikasının xüsusi statusu olan bölgəsidir. İngiltərə XVII əsrdə bu bölgəni ələ keçirmiş, 1997-ci il iyulun 1-də burada hakimiyyəti Çin Xalq Respublikasına təhvil vermişdir. Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honkonq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir. Honkonq — Avropa və Şərq mədəniyyətinin qovuşduğu ölkədir. Bu amil Honkonqun arxitekturasında özünü parlaq şəkildə göstərir. Paytaxtda binalar həm Qərb, həm də Şərq arxitekturasına uyğun şəkildə inşa edilib. Bu da şəhərə özünəməxsus gözəllik verir. Şəhərdə çoxlu sayda muzeylər, tarixi önəm daşıyan abidələr var. Honkonqda Çin ənənəvi mətbəxi üstünlük təşkil edir. Özü də ölkədə balıq məhsullarından geniş istifadə edilir. Avropa mətbəxi də Honkonqda özünəməxsus yer tuta bilib. Honkonq gəzməli, görməli və dincəlməli ölkədir.